İyunun 14-də respublikanın bütün ümumtəhsil məktəblərində olduğu kimi Gəncə şəhər ümumtəhsil məktəblərində də "Son zəng" tədbirləri keçirilib.
Tədbirlərdə Gəncə Şəhər Təhsil İdarəsinin, Şəhər İcra Hakimiyyətinin əməkdaşları, şəhərin digər idarə və təşkilatlarından qonaqlar, valideyn komitələri, ictimaiyyət nümayəndələri və məktəb məzunları da iştirak ediblər.
Qeyd edək ki, 2018-2019cu tədris ilində Gəncə şəhər məktəblərinin IX siniflərini 2336 nəfər, XI siniflərini 3100 nəfər şagird bitirəcək. 2018-2019-cu tədris ilində I sinfə qəbul olunacaq şagirdlərin sayı üzrə proqnoz isə 500 nəfərədəkdir.
Məzunları təbrik edir, onlara uğurlar arzu edirik.