10.09.2019

Müəllimlərin sentyabr konfransının bölmə iclası keçirilib

          Gəncə şəhərində müəllimlərin sentyabr konfransının bölmə iclası keçirilib. İclas 20 bölmə üzrə müəyyənləşib: İbtidai təhsil, azərbaycan dili və ədəbiyyat, riyaziyyat, informatika, fizika və astronomiya, kimya, biologiya, tarix, coğrafiya, təsviri-incəsənət, xarici-dil, rus-dili, nəğmə və musiqi, bədən tərbiyə, əmək-təlimi, gənclərin çağırışaqədərki hazırlığı və kitabxana.

Bölmə iclasında uşaq birliyi və məktəbdənkənar tərbiyə müəssisələrinin rəhbərləri, məktəb rəhbərləri, praktik psixoloqlar, təşkilatçı direktor müavinləri, tədris işləri üzrə direktor müavinləri iştirak ediblər.

Bölmə iclasının sonunda dərsliklərlə bağlı təklif, irad və rəylər Təhsil Problemləri İnistutuna göndərilib.


Açar sözlər: ,