Gəncə şəhərində yeni açılacaq lisey siniflərinə qəbul imtahanları keçirilib.
Qəbul imtahanları riyaziyyat və Azərbaycan dili üzrə fənn tapşırıqları, eləcə də məntiq suallarından ibarət olmaqla test üsulu ilə təşkil edilib.
İmtahanlarda Gəncə şəhəri üzrə 423 şagird iştirak edib. Nəticələr yaxın günlərdə elan ediləcək.
Qeyd edək ki, son iki ildə Təhsil Nazirliyi tərəfindən keçirilən fənn müsabiqələrində yüksək nəticə göstərmiş (50-dən yuxarı bal toplayan) şagirdlər 7, 8 və 9-cu siniflərə müsabiqəsiz qəbul ediləcəklər.
2019-2020–ci tədris ili üçün Gəncə şəhərində Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin sinifləri təşkil ediləcək.
Lisey siniflərinin yaradılmasında əsas məqsəd bölgələrdə istedadlı uşaq və gənclərin potensial imkanlarının aşkarlanması, inkişaf etdirilməsi və onların səmərəli təhsil almaları üçün lazımi şəraitin yaradılmasıdır.
Məlumat üçün bildirək ki, lisey siniflərində təhsil dövlət hesabına həyata keçiriləcək.