Gəncə şəhər ümumtəhsil məktəblərində “Bilik günü” qeyd edilib.
“Bilik günü”ndə Gəncə şəhər N.Aydın adına 18 nömrəli və S.Vəliyev adına 34 nömrəli tam orta məktəblərin həmçinin Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin tabeliyindəki siniflərin açılış tədbiri keçirilib.
“Bilik günü” və Yeni dərs ilinin başlanması ilə əlaqədar keçirilən tədbirlərdə məktəblərin kollektivləri, şagirdlər, valideynlər və ictimaiyyət nümayəndələri çıxış edərək öz xoş arzularını bildiriblər.
Tədbirlərdə həmçinin birincilər hazırladıqları kompozisiyalarla çıxış edərək, yeni tədris ilinin başlandığını bildirən ilk zəng səsləndiriblər.
Yeni tədris ilində Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə, 44282 şagird təhsil alacaq. Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən I siniflərdə isə 4423 şagird təhsil alacaq ki, onlardan 3502 şagird azərbaycan bölməsi, 942 şagird isə rus bölməsində təhsil alacaq.
Qeyd edək ki, Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində 44 tam orta, 1 ümumi orta, 1 xüsusi məktəb və 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir.