Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin Gəncə şəhərindəki filialında tədris uğurla həyata keçirilir.
Gəncə şəhərində fəaliyyət göstərən lisey siniflərində 270 şagirdin təlim-tərbiyəsi ilə 36 müəllim məşğul olur.
Məlumat üçün bildirək ki, lisey siniflərinin yaradılmasında əsas məqsəd bölgələrdə istedadlı uşaq və gənclərin potensial imkanlarının aşkarlanması, inkişaf etdirilməsi və onların səmərəli təhsil almaları üçün lazımi şəraitin yaradılmasıdır.