Təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Aybəniz Möhsümova “Əməkdar müəllim” fəxri adına layiq görülüb. 42 ildir ki, müəllim peşəsinin öhdəliklərini şərəflə daşıyan Aybəniz müəllim 2012-ci ildə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.
Aybəniz müəllim peşəsinə verilən dəyər üçün öz təşəkkürünü bildirdi:
“Müəllim olmaq, səbr, işinə qarşı diqqət və qayğı tələb edən bir peşədir. 42 ildir ki, müəllim olaraq çalışıram, tədris etdiyim fənni hər zaman şagirdlərə sevdirməyə çalışmışam. Tədris apardığım siniflərdəki məzunların əksəriyyəti Azərbaycan dili və ədəbiyyatı ixtisasını seçiblər ki, buda hər zaman məni çox sevindirib. Çalışdığım M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbdə artıq bəzi şagirdlərim müəllim olaraq fəaliyyət göstəriir. İllər əvvəl şagirdim olan gənclərin indi mənimlə eyni peşədə çalışması çox qürurvericidir. “Əməkdar müəllim” fıəaxri adına layiq görüldüyüm üçün çox xoşbəxtəm. Bu müəllim adına, işimizə verilən böyük diqqətin nəticəsidir.”