10.10.2019

“Sağlam gənclik naminə” adlı tədbir keçirilib

Gəncə şəhər 21 nömrəli tam orta məktəbdə “Sağlam gənclik naminə” adlı tədbir keçirilib.

Tədbirin keçirilməsində məqsəd yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsi, narkomaniya, toksikomaniya, alkoqolizm və digər neqativ halların profilaktikasıdır.

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin, Gənclər Evi SXM-nin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edənlər narkomaniyanın cəmiyyətimizə, gələcəyimiz olan gənclərin mənəviyyatına, əxlaqına ciddi mənfi təsir göstərməsindən, insanların narkomaniya adlı xəstəliyə düçar olaraq həyatlarının məhv olmasından, narkomaniya və psixotrop maddələrin yaratdığı problemlərdən və fəsadlarından geniş bəhs ediblər.

Məlumat üçün bildirək ki, Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində mütəmadi olaraq narkomaniyaya qarşı mübarizə ilə bağlı maarifləndirici tədbirlər keçirilir.