Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) tərəfindən Gəncə şəhər 34 nömrəli tam orta məktəbdə Gəncə şəhər, Göygöl, Daşkəsən, Naftalan və Samux rayonları üzrə 2019-2020-ci tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyəcək ibtidai sinif müəllimlərinin sertifikatlaşdırma imtahanı həyata keçirilib.
Gəncə şəhər ümumtəhsil məktəblərində 2019-2020-ci tədris ilində 3792 nəfər şagird məktəbəhazırlıq qruplarında təhsil alacaq. Şəhərin 45 ümumtəhsil məktəbində 166 məktəbəhazırlıq qrupu fəaliyyət göstərəcək.
2019-2020-ci tədris ilində Gəncə şəhəri üzrə 166 məktəbəhazırlıq qrupları fəaliyyət göstərəcək. Qruplarda dərsləri əvvəlki və bu ilki ildə yalnız sertifikat almış ibtidai sinif müəllimləri aparacaqlar.