15.10.2019

“Kiçik İnformasiya Texnologiyaları (İT) mühəndislərin yetişdirilməsi proqramı” layihəsi həyata keçirilir

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi çərçivəsində Gəncə şəhər M.Füzuli adına 22 nömrəli tam orta məktəbdə “Kiçik İnformasiya Texnologiyaları (İT) mühəndislərin yetişdirilməsi proqramı” layihəsi həyata keçirilir.

Layihənin məqsədi şagirdlərin İnformasiya Kommunikasiya Texnologiyalarından (İKT) daha geniş və məqsədyönlü şəkildə istifadəsinə marağın yaradılması, komputer və digər texnoloji vasitələrin ilkin səviyyə üzrə təmir işinin təşkil edilməsi və onlardan səmərəli istifadə etmələrinə yönləndirilməsidir.

Layihə “İnformasiya Kommunikasiya Texnologiyalarının təhsilə tətbiqinin təbliğ edilməsi” mövzusu əsasında fərdi kateqoriya layihəsi olaraq qalib gəlib və 20 avqust - 20 dekabr tarixini əhatə edir.

Hazırlıq mərhələsi bitdikdən sonra, 1 oktyabr tarixindən etibarən isə layihədə nəzərdə tutulmuş İT Təlim kursuna başlanılıb. Təlimlər 2 fərqli qruplar üzrə 2 ay müddətində həyata keçiriləcəkdir. Təlimlər İKT üzrə ümumi məlumatlar, komputer, onun vəzifə və parametrləri, sistem blokda yerləşən qurğular, proqramların yazılması, Windows-da əməliyyatlar, sistemin yüklənməsi və digər mövzuları əhatə edir. Təlimlərə ümumillikdə 30 şagird cəlb edilib. Qeyd edək ki, şagirdlər təlim vəsaitləri ilə də təmin ediliblər.


Açar sözlər: ,  ,