Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Gəncə şəhər ümumtəhsil məktəblərinin IX sinif şagirdləri üçün monitorinq qiymətləndirilməsi keçirilib.
Buraxılış imtahanlarına hazırlıq məqsədilə keçirilən imtahanda şagirdlər Azərbaycan dili, riyaziyyat və ingilis dili fənnləri üzrə təqdim olunan test nümunələrini cavablandırıblar.
5 mərkəzdə təşkil edilən imtahanda 3572 nəfər şagird iştirak edib.
İmtahan bitdikdən sonra nəzarətçilər tərəfindən imtahan vərəqləri yığılaraq yoxlanılmaq üçün Təhsil Nazirliyinə göndərilib. İmtahan nəticələri yaxın günlərdə məlum olacaq.