Gəncə şəhər 3 nömrəli tam orta məktəbdə “Erkən nikaha yox deyək!” adlı tədbir keçirilib.
UNİCEF, Gəncə şəhər İcra Hakimiyyəti və Təhsil İdarəsinin birgə əməkdaşlığı ilə həyata keçirilən tədbirin məqsədi şagirdləri erkən nikahların, ailə quruluşuna və bütövlükdə cəmiyyətə mənfi təsir göstərməsi barədə maarifləndirməkdən ibarətdir.
Tədbir iştirakçılarına bildirilib ki, erkən yaşda qurulan nikahlar 18 yaşı tamam olmayan yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına ciddi mənfi təsir göstərir və bu da öz növbəsində gələcəkdə ailədaxili zorakılıq hallarını ortaya çıxarır. Gələcək nəsillərin sağlamlıq vəziyyəti yeniyetmə qızların - gələcək anaların sağlamlıq vəziyyətlərindən birbaşa asılıdır. Mütəxəssis yeniyetmənin orqanizminin inkişafda olan orqanizm olduğunu və bu dövrdə bir çox xroniki xəstəliklərin kəskinləşdiyini vurğulayıblar.
Sonda iştirakçıları maraqlandıran suallar dolğun şəkildə cavablandırılıb.