Gəncə şəhər ümumtəhsil məktəblərində psixoloq və Uşaq Birliyinin Rəhbəri vəzifəsində çalışan işçilər üçün təlimlər keçirilir.
Təlimlərin keçirilməsində məqsəd rəhbər işçilərin peşəkarlığının artırılmasıdır.
Təhsil Problemləri İnstitutu tərəfindən keçirilən təlimlərdə 60 nəfər müdavim iştirak edir.