01.11.2019

“Dəyərlərimizi öyrənək” adlı layihə çərçivəsində məktəblilər arasında intellektual yarış keçirilib

Gəncə şəhər ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə “Dəyərlərimizi öyrənək” adlı layihə çərçivəsində məktəblilər arasında intellektual yarış keçirilib.

Yuxarı sinif şagirdlərindən ibarət 12 komandanın iştirak etdiyi yarışda dəyərlərimiz, ümumi dünyagörüşü, Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti və s. mövzular üzrə suallar səsləndirilib.

Yarışda 3 komanda qalib gələrək müvafiq olaraq 1, 2 və 3-cü yerləri bölüşüblər. I yerə Gəncə şəhər N.Aydın adına 18 nömrəli tam orta məktəbin “Alfa” adlı komandası, II yerə N.Nərimanov adına 25 nömrəli tam orta məktəbin “Tomris” adlı komandası, III yerə isə İ.Məmmədova adına 27 nömrəli məktəb-liseyin “Lider” adlı komandası layiq görülüb Birinci yerə layiq görülən "Alfa" komandasının üzvləri Bakı şəhərində keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanıblar. “Alfa” komandasının üzvləri diplomlarla təltif ediliblər. İkinci və üçüncü yerə layiq görülən "Tomris" və “Lider" komandasının üzvləri müvafiq olaraq sertifikatlarla təltif olunublar.

Qeyd edək ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Dəyərlərimizi öyrənək” adlı layihə çərçivəsində ölkənin 9 müxtəlif regionunda intellektual yarışların təşkil edilməsi və final mərhələsinin Bakı şəhərində keçirilməsi nəzərdə tutulur.


Açar sözlər: ,