07.11.2019

“Robotexnika ilə gələcəyimizi dəyişək” layihəsinin bağlanış tədbiri keçirilib

Təhsil Nazirliyinin elan etdiyi təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi olan “Robotexnika ilə gələcəyimizi dəyişək” layihəsinin bağlanış tədbiri keçirilib.

Gəncə şəhər 18 nömrəli tam orta məktəbdə  keçirilən bağlanış  tədbirində Gəncə şəhər ümumtəhsil məktəblərinin  ibtidai sinif müəllimləri və informatika müəllimləri və şagirdlər iştirak ediblər.

Layihənin keçirilməsində məqsəd Robototexnika sahəsinə marağın artırılması və inkişaf etdirilməsi üçün müəllimlərin bilik və bacarıqlarının artırılması, şagirdlərin bu istiqamətdə bacarıqlarının formalaşmasında maarifləndirmə işlərinin aparılmasıdır.

Layihə rəhbəri Günay Bayramova layihə çərçivəsində keçirilmiş təlimlərin müəllimlər üçün faydalı olduğundan və dolayısı yolla şagirdlərin də bu layihədən faydalandığını bildirib. Həmçinin şagirdlərin elm və texnologiyalara olan marağının artdığını, şagirdlərdə mühəndislik qabiliyyətinin inkişaf etdiyini qeyd edib. Təlim bitdikdən sonra uşaqlar üçün istifadəyə verilən legoların şagirdlərdə böyük maraq doğurduğuna, çox həvəs və xüsusi sevinclə qarşıladığını bildirib.

Sonda təlimdə iştirak edən və təlimi uğurla başa vuran müəllimlərə və layihə çərçivəsində fəallıq göstərən şagirdlərə sertifikatlar verilərək xatirə şəkli çəkildi.

 


Açar sözlər: ,  ,