Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbdə uşaq hüquqlarının qorunması ilə bağlı maarifləndirici tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması sahəsində vəziyyətin daha da yaxşılaşdırılmasıdır.
Oktyabr ayının 20-dən noyabr ayının 20-dək davam edən “Uşaq hüquqları aylığı” çərçivəsində keçirilən tədbirdə çıxış edənlər uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycanda görülən işlər, onlara göstərilən diqqət və qayğı uşaqların hərtərəfli formalaşması üçün yaradılan imkanların əhəmiyyəti barədə danışıblar. Uşaqların asudə vaxtının, eləcə də istirahətinin təşkilinə xüsusi önəm verildiyi, tətil günlərinin mənalı, yadda qalan keçməsi, bilik səviyyələrinin, dünyagörüşünün artırılmasının diqqət mərkəzində olduğu bildirilib.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.