“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsi çərçivəsində Gəncə şəhər ümumtəhsil məktəblərinin şagirdləri Quba-Qusar-Xaçmaz istiqamətinə yola salınıblar. Yola salma mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, Gəncə Şəhər Təhsil İdarəsinin direktoru Zakir Hüseynov, müəllim və valideyinlər iştirak ediblər.
Yola çıxmazdan əvvəl məktəblilər Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Sonra məktəblilər onlar üçün ayrılan avtobusla qeyd olunan marşrut üzrə yola düşüblər.
Xatırladaq ki, ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədi ilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səfərləri Prezident İlham Əliyevin tapşırığına əsasən təşkil olunur.