ADA Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru Hafiz Paşayev Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbdə və M.Mehdizadə adına 4 nömrəli Xarici Dillər Təmayüllü məktəb-liseydə olublar.
Görüşdə həmçinin Gəncə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov, ADA Universitetinin professoru Fuad Hacıyev, Universitetin Tələbə Qəbulu şöbəsinin əməkdaşları Şəbnəm Qəhrəmanova , Elşad Göyüşov və Təhsilin idarə ediməsi üzrə fəlsəfə doktoru Vəfa Yunusova, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Əvvəlcə qonaqlar məktəbin qarşısında ucaldılmış görkəmli alim, yazıçı, pedaqoq Mir Cəlal Paşayevin büstü önünə gül dəstələri qoyublar. Daha sonra sinif otaqlarında bir qrup şagird və müəllim ilə görüş keçirilib.
Siniflərlə tanışlıqdan sonra ADA Universiteti nümayəndələri təərfindən məktəbin yuxarı sinif şagirdləri ilə “ADA Universitetinin tanıtım layihəsi” çərçivəsində seminar keçirilib. Qarşılıqlı söhbət və müzakirə formasında keçirilən seminarda universitetin tarixi , fakültə və ixtisasları , qəbul qaydaları, universitetin professor- müəllim və tələbə heyəti haqqında ətraflı məlumat verilib. Şagirdləri maraqlandıran suallar cavablandırılıb , fəal şagidlər müxtəlif hədiyyələrlə mükafatlandırılıb.
Qeyd edək ki, ADA Universitetinin təşəbbüsü ilə M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbdə və M.Mehdizadə adına 4 nömrəli Xarici Dillər Təmayüllü məktəb-liseydə yuxarı sinif şagirdlərinin təhsil aldıqları siniflərə komputer dəsti hədiyə edilib.