14.12.2019

IX sinif şagirdləri üçün buraxılış imtahanlarına hazırlıq məqsədilə mərkəzləşmiş sınaq imtahanı keçirilib

IX sinif şagirdləri üçün buraxılış imtahanlarına hazırlıq məqsədilə mərkəzləşmiş sınaq imtahanı keçirilib.

Dekabrın 14-də Gəncə şəhər ümumtəhsil məktəblərinin IX sinif şagirdləri üçün buraxılış imtahanlarına hazırlıq məqsədilə mərkəzləşmiş sınaq imtahanı keçirilib.

İmtahanda şəhər ümumtəhsil məktəblərindən 3525 şagird iştirak edib. Onlar Azərbaycan dili, riyaziyyat və xarici dil fənlərinin hər birindən 30 olmaqla, ümumilikdə 90 sualı 180 dəqiqə ərzində cavablandırıblar.

Sınaq imtahanı buraxılış imtahanlarının ikinci mərhələsinin formatına uyğun olaraq hazırlanıb.

Qeyd edək ki, imtahan Təhsil Nazirliyinin dəstəyi ilə keçirilib və cavab kartlarının yoxlanması Nazirlik tərəfindın həyata keçiriləcəkdir.


Açar sözlər: ,  ,