Gəncə şəhər S.Vəliyev adəna tam orta məktəbdə təhsil müəssisələrinin ərazilərində hərbi sursat və tərkibində partlayıcı olan qurğuların aşkar edilməsi, zərərsizləşdirilməsi, müəllim-şagird heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi barədə tədbir keçirilib.
Tədbir Təhsil və Daxili İşlər nazirlikləri, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) birgə təşəbbüsü ilə həyata keçirilib.
Tədbirdə aşağı sinif şagirdlərinin təhlükəsizlik barədə maarifləndirilməsinin vacibliyi, məktəblərdə hərbi kabinetlərin mövcud vəziyyəti və digər məsələlər müzakirə edilib.