Gəncə şəhəri Mehdi Mehdizadə adına 4 nömrəli xarici dillər təmayüllü məktəb-liseydə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.
Tədbirdə şəhər Təhsil İdarəsinin əməkdaşları, məktəbin kollektivi, şagirdlər və valideynlər iştirak ediblər.
Dövlət Himni ilə başlanan tədbirin keçirilməsində məqsəd şagirdlərin qeyd olunan əlamətdar günlə bağlı fikir və düşüncələrini inkişaf etdirmək, onların bədii düşüncə qabiliyyətlərini üzə çıxarmaqdır.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı maarifləndirici videoçarx nümayiş olunub. Tədbirdə şagirdlər şeirlər söyləyib, səhnəciklər hazırlayıb, milli rəqslər və mahnılar ifa ediblər.