17.01.2020

20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş xüsusi dərslər keçirilib

Yanvarın 17-də Gəncə şəhər ümumtəhsil məktəblərində 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş xüsusi dərslər keçirilib.

Dərslərdə ilk olaraq xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”na əsasən tədris olunan dərslər şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların layiqli vətəndaş kimi yetişdirilməsinə xidmət edir. Dərslərdə xalqımızın qəhrəmanlıq tarixi və mübarizə ruhu barədə şagirdlərin fikirləri dinlənilib, “Hər kəs Vətən qarşısındakı borcunu yerinə yetirmək üçün nə etməlidir?” mövzusunda müzakirələr aparılıb.


Açar sözlər: ,  ,  ,