Yanvarın 12-də keçirilən Respublika fənn olimpiadalarının şəhər (rayon) mərhələsinin nəticələri açıqlanıb.
Gəncə şəhəri üzrə 171 nəfər fənn olimpiadalarının yarımfinal turunda iştirak etmək hüququ qazanıb.
Onlardan 44 nəfər riyaziyyat, 43 nəfər Azərbaycan dili, 26 nəfər kimya, 19 nəfər biologiya, 18 nəfər coğrafiya, 10 nəfər tarix, 6 nəfər informatika, 5 nəfər isə fizika fənnləri üzrədir.
Şəhər üzrə ən yüksək nəticəni İ.Məmmədov adına 27 nömrəli məktəb-liseyin X sinif şagirdi Cavid Qurbanov əldə edib. Belə ki, şagirdimiz riyaziyyat fənni üzrə verilmiş tapşırıqlardan 25-dən 24-ü düzgün cavablandırıb.