21.02.2020

Şagirdlərimiz “eTwinning Plus” layihəsi çərçivəsində şagirdlər üçün keçirilən “Təhlükəsiz internet” müsabiqəsində iştirak ediblər

Sənayə və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “eTwinning Plus” layihəsi çərçivəsində şagirdlər üçün keçirilən “Təhlükəsiz internet” müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlər tərəfindən kibertəhlükəsizlik mövzusunun əhəmiyyətini araşdırmaq və gəldiyi nəticələri həmyaşıdları ilə paylaşmaq olub.

Müsabiqənin şərtlərinə uyğun olaraq şagirdlər komanda şəklində “Təhlükəsiz internet” mövzusunda video materiallar hazırlayaraq müsabiqəyə müraciət ediblər. Müsabiqədə 6 regiondan ümumilikdə 117 şagird iştirak edib.

Gəncə şəhər 24 nömrəli tam orta məktəbin 2 komandası yarışda iştirak edib. Komandalardan biri III yerə, digəri isə VI yerə layiq görülüb.

Qalib və fərqlənən komandalara sertifikatlar, planşetlər və digər xüsusi mükafatlar təqdim olunub.


Açar sözlər: ,  ,  ,