Fevralın 15-də Gəncə şəhərində "Ədəbiyyat biliciləri" respublika müsabiqəsinin ikinci - rayon (şəhər) turu keçirilib.
Müsabiqədə şəhər ümumtəhsil məktəblərinin VIII-XI siniflərindən 162 şagird iştirak edib.
Şagirdlər 3 saat ərzində onlara təqdim olunmuş 12 sualı yazılı şəkildə cavablandırıblar. Şəhər mərhələsinin qalibi seçilmiş şəxslər respublika turuna vəsiqə qazanacaqlar.
Qeyd edək ki, müsabiqə məktəb, şəhər və respublika olmaqla 3 mərhələdə keçirilir.
Müsabiqənin məktəb mərhələsi noyabr-dekabr aylarında yekunlaşdırılıb. Müsabiqənin keçirilməsində əsas məqsəd, şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək, onlarda mütaliə vərdişlərinin formalaşdırılması və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb rəğbətləndirməkdir.