21.02.2020

Beynəlxalq Ana Dili Günü münasibətilə tədbirlər keçirilib

Gəncə şəhər ümumtəhsil müəssisələrində Beynəlxalq Ana Dili Günü münasibətilə tədbirlər keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, rəngarəngliyi və doğma dilimizdəki əsərlər barədə şagirdlərin məlumatını artırmaq, ana dilimizi gələcək nəsillərə olduğu kimi ötümək üçün onlarda dilimizə sevgi və hörmət hissini daha da artırmaqdan ibarətdir.

Tədbirlərdə şagirdlərə Azərbaycan dilinin tarixi, keçdiyi inkişaf yolu, dilimizin zənginliyi, dilimizə dövlətimiz tərəfindən göstərilən qayğı haqqında ətraflı məlumat verilib. Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində, milli-mənəvi dəyərlərin qorunmasında ümummilli lider Heydər Əliyevin  xidmətləri xüsusilə vurğulanıb.

Daha sonra şagirdlər ana dilinə həsr olunan ədəbi-bədii kompozisiya göstərib, dil haqqında şeirlər, hikmətli kəlamlar səsləndiriblər.


Açar sözlər: ,  ,  ,