26.02.2020

Gəncə şəhər ümumtəhsil məktəblərində ilk dərslər Xocalı soyqırımına həsr olunub

Fevralın 26-da Gəncə şəhər ümumtəhsil məktəblərdə ilk dərslər Xocalı soyqırımına həsr olunub.

Təhsil Nazirliyinin “Xocalı soyqırımının 28-ci ildönümünün keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən tədris olunan dərslərdə şagirdlərə XX əsrin ən böyük faciəsi barədə ətraflı məlumat verilərək, Vətənə məhəbbət hissləri təbliğ olunub.

Tədbirlər Planına uyğun olaraq, təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş xatirə gecələri, foto və rəsm sərgiləri, şahidlərlə görüşlər keçirilib.


Açar sözlər: ,  ,