"Ədəbiyyat bilicləri" müsabiqəsinin şəhər mərhələsinin nəticələri məlum olub.
Nəticələrə görə Gəncə şəhər 41 nömrəli tam orta məktəbin XI sinif şagirdi Nazənin Rüstəmli, M.C.paşayev adına 39 nömrəli tam orta məktəbin X sinif şagirdi Rəbiyyə Rüstəmova və 24 nömrəli tam orta məktəbin X sinif şagirdi Tofiq Musayev müsabiqə şərtlərini ödədikləri üçün final mərhələsinə vəsiqə qazanıblar.
Qeyd edək ki, "Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsində məqsəd Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, onların mütaliəyə meyl və maraqlarının gücləndirilməsidir.