Gəncə şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi üzrə Gəncə şəhər ümumtəhsil məktəblərindən qalib olan layihə rəhbərləri ilə onlayn görüş keçirib. Görüşdə A.Qədiməliyev layihə qaliblərini təbrik edərək onlara uğurlar arzulayıb.
Görüş müddətində layihələrin icra müddəti, layihələrə cəlb ediləcək ümumtəhsil məktəbləri, təhsilverənlər və təhsilalanlar üçün əhəmiyyəti, layihələrin məzmunu, icrasından sonra nəticəyönümlülüyü və digər məsələləri müzakirə edilib.
Məlumat üçün bildirək ki, təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi üzrə Gəncə şəhər ümumtəhsil məktəblərindən bir məktəb, altı fərdi kateqoriya olmaqla ümumillikdə yeddi layihə qalib olmuşdur.