29.07.2020

Gənc müəllimlərlə onlayn videokonfrans keçirilib

Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev gənc müəllimlərlə onlayn videkonfrans keçirib.

Videokonfransda 2019-2020-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə Gəncə şəhər ümumtəhsil məktəblərinə təyin edilmiş 45 gənc müəllim iştirak edib. Görüşdə gənc müəllimlərin ilk tədris ilinin təhlili, məktəb təəssüratları, şagirdlərlə münasibət, sinif mühitinə uyğunlaşma, şagird-müəllim-valideyn münasibətləri kimi məsələlər müzakirə edilib.

Bundan başqa “Virtual məktəb” platformasından istifadə, onlayn dərslərin təşkili, bu dərslərin nəticəliliyi və digər məsələlər ətrafında da diskusiyalar aparılıb. Sonda müəllimlərə uğurlar arzulanıb.


Açar sözlər: ,  ,  ,