Gəncə şəhər ümumtəhsil məktəblərinin şagirdləri Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil edilən məktəblilərarası onlayn "Fibonacci" və "Nə? Harada? Nə zaman?" intellektual yarışlarında iştirak ediblər.
"Nə? Harada? Nə zaman?" intellektual yarışında Gəncə şəhərinin 15 ümumtəhsil məktəbindən 24 komanda olmaqla, 165 nəfər şagird, "Fibonacci" intellektual yarışında isə 15 ümumtəhsil məktəbindən 27 komanda olmaqla, 196 nəfər şagird iştirak edib.
VI-XI sinif şagirdlərinin iştirak etdiyi bu oyunların keçirilməsində əsas məqsəd koronavirus infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar uşaqların ev şəraitində asudə vaxtlarının səmərəli və faydalı təşkili, evdə olduqları müddətdə bilik və bacarıqlarından əlavə, məntiqi düşüncə və dünyagörüşünün də inkişafına nail olmaları üçün imkan yaratmaqdır.