21.08.2020

Peşə təhsili ilə bağlı onlayn görüş keçirilib

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərə uyğun olaraq Gəncə Şəhər Təhsil İdarəsi tərəfindən bütün görüşlər onlayn şəkildə həyata keçirilir.

Buna uyğun olaraq ümumtəhsil müəssisələri ilə peşə məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə görüş keçirilib. Görüşdə Gəncə Şəhər Təhsil İdarəsinin rəhbərliyi, ümumtəhsil məktəb direktorları və Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları iştirak edib.

Onlayn görüşdə peşə təhsili məktəblərinə qəbul qaydaları, mövcud ixtisaslar və digər məsələlər müzakirə edilib.


Açar sözlər: ,  ,