27.08.2020

Buraxılış imtahanı nəticələrinə əsasən 102 nəfər məzun 250 və ondan yüksək nəticə göstərib

Gəncə şəhər ümumtəhsil məktəblərindən 2019-2020-ci tədris ili üçün buraxılış imtahanı nəticələrinə əsasən 102 nəfər məzun 250 və ondan yüksək nəticə göstərib.

Onlardan ən yüksək nəticəni 294 balla 26 nömrəli fizika, riyaziyyat və informatika təmayüllü məktəb-liseyin məzunu Nurlana İsazadə əldə edib.

Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə (abituriyentlərə) ana dili fənnindən 4 açıq və 26 qapalı, riyaziyyat fənnindən 4 açıq, 8 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 4 açıq və 26 qapalı tipli tapşırıq olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunub. Bu mərhələdə fənlərin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır.

Yüksək nəticə göstərən abituriyentləri təbrik edir, bütün məzunlara uğurlar arzulayırıq.


Açar sözlər: ,  ,