22.08.2020

Şagirdimiz Beynəlxalq Asiya Pasifik İnformatika Olimpiadasında (API2020) bürünc medala layiq görülüb

Gəncə şəhər M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin XI sinif şagirdi Əziz Hüseynov Beynəlxalq Asiya Pasifik İnformatika Olimpiadasında (API2020) bürünc medala layiq görülüb.

Bu Əzizin indiyənədək qazandığı onuncu medaldır. Həmin mükafatlardan 5-i ölkə hüdudlarından kənarda əldə edilib. Əziz uğurlarının davamını gətirmək üçün sentyabrın sonunda keçiriləcək daha bir beynəlxalq olimpiadaya hazırlaşır.

Məlumat üçün bildirək ki, Əziz ilk dəfə VII sinifdə təhsil alarkən Respublika fənn olimpiadasına qatılıb və qızıl medal qazanıb. Əzizin bu uğuru ondan sonrakı illərdə də davam edib. Hər il informatika fənni üzrə ölkə birincisi olub. Əziz həmçinin müxtəlif illərdə Sloveniya, Bolqarıstan, Qazaxıstan, ABŞ kimi ölkələrdə keçirilən olimpiadalarda iştirak edib və mükafatçılar sırasına düşməyi bacarıb. Bu il isə avqustun 15-də İndoneziyanın paytaxtı Cakartada Asiya ölkələrindən olan 150-yə yaxın şagird arasında keçirilən informatika fənni üzrə olimpidanın bürünc medalını qazanıb.

Qeyd edək ki, Asiya Pasifik İnformatika Olimpiadası 2007-ci ildən etibarən Beynəlxalq İnformatika Olimpiadası formatında təşkil edilən virtual müsabiqədir, məktəblilərimiz sözü gedən yarışa 2019-cu ildən etibarən qatılırlar.


Açar sözlər: ,  ,