01.09.2020

Şagirdlərimiz  “Fibanocci”  intellektual yarışınında iştirak edirlər

Cari ilin avqust ayından etibarən VI-XI sinif şagirdləri arasında ''Fibanocci'' intellektual yarışı keçirilir. 

''Fibanocci'' intellektual yarışında Gəncə şəhərindən 17 ümumtəhsil məktəbindən 29 komanda olmaqla, 209 nəfər şagird iştirak edir.

Nəticələrə əsasən Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin "Vətən" komandası 38 balla 2-ci yerə, 17 nömrəli tam orta məktəbin "Eternal" komandası isə 3-cü yerə layiq görülüb.

VI-XI sinif şagirdlərinin iştirak etdiyi bu oyunların keçirilməsində əsas məqsəd koronavirus infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar uşaqların ev şəraitində asudə vaxtlarının səmərəli və faydalı təşkili, evdə olduqları müddətdə bilik və bacarıqlarından əlavə, məntiqi düşüncə və dünya görüşünün də inkişafına nail olmaları üçün imkan yaratmaqdır. 


Açar sözlər: ,  ,  ,