Gəncə şəhər Təhsil İdarəsinin (GŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin məzunlarından 60 nəfər 600 bal və ondan yüksək nəticə əldə ediblər.
Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən GŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərindən ən yüksək nəticəni 31 nömrəli tam orta məktəbin məzunu Əli Quluyev göstərib. Əli IV ixtisas qrupu üzrə 683 bal toplayıb.
Məlumat üçün qeyd edək ki, 2019-2020-ci tədris ili üçün buraxılış imtahanı nəticələrinə əsasən GŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərindən 102 nəfər məzun 250 və ondan yüksək nəticə göstərib.
Yüksək nəticə göstərən abituriyentləri təbrik edir, bütün məzunlara uğurlar arzulayırıq.