Sentyabrın 15-də yeni tikilmiş Gəncə şəhər 28 nömrəli tam orta məktəbin açılış mərasimi keçirilib.
Açılış mərasimində Təhsil naziri Emin Əmrullayev, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev iştirak edib.
Qeyd edilib ki, yeni tikilmiş məktəb 1170 şagird yerlikdir. Məktəbdə 45 sinif otağı, 6 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlığı kabinetləri, kitabxana, komputer zalı, yeməkxana da fəaliyyət göstərəcək.
Açılışdan sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə tanış olublar.