22.09.2020

Gəncə Şəhər Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəblərdə monitorinqlər davam etdirilir

Gəncə Şəhər Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəblərdə monitorinqlər davam etdirilir.

Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində tədris və təlim-tərbiyə prosesini sanitar-epidemioloji vəziyyətə uyğun olaraq təşkili nəzarətdə saxlanılır.

Monitorinqlər  zamanı məktəblilərə koronavirus infeksiyasından qorunmaq üçün digər insanlarla ünsiyyətdə olarkən sosial məsafəni gözləmələri, əllərini tez-tez və qaydalara uyğun yumaları, başqalarının əşyalarına toxunmamaları, sinfi və məktəbi təmiz saxlamaları, kütləvi toplaşmaqdan çəkinmələri barədə müvafiq tövsiyələr verilir.

Qeyd edək ki, sentyabr 14-də Gəncə Şəhər Təhsil İdarəsinin müdirinin müvafiq əmrinə əsasən, rayonunun ümumtəhsil məktəblərində tədris və təlim-tərbiyə prosesinin Nazirlər Kabinetinin qərarlarına və Təhsil Nazirliyin metodiki göstərişlərinə uyğun olaraq təşkil vəziyyətini öyrənilməsi, maarifləndirmə işlərinin aparılması və müvafiq təkliflər vermək üçün monitorinq komissiyası yaradılıb.


Açar sözlər: ,  ,  ,