23.09.2020

Məktəblilərimiz "Fibonacci" intellektual yarışında I, II və III yerlərə layiq görülüblər

Cari ilin avqust ayından etibarən VI-XI sinif şagirdləri arasında “Fibanocci”  intellektual yarışı keçirilir.

"Fibonacci" intellektual yarışında Gəncə şəhərindən 17 ümumtəhsil məktəbdən 29 komanda olmaqla, 209 nəfər şagird iştirak edir.

Yarışın son nəticələrinə əsassən ilk üçlükdə Gəncə şəhər ümumtəhsil məktəbləri qərarlaşıb. Belə ki, I yerə İ.Məmmədov adına 27 nömrəli məktəb-liseyin “Humanoids” komandası, II yerə 32 nömrəli tam orta məktəbin “Tesla” komandası, III yerə isə İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin “Vətənpərvərlər” komandası layiq görülüb.

VI-XI sinif şagirdlərinin iştirak etdiyi bu oyunların keçirilməsində əsas məqsəd koronavirus infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar uşaqların ev şəraitində asudə vaxtlarının səmərəli və faydalı təşkili, evdə olduqları müddətdə bilik və bacarıqlarından əlavə, məntiqi düşüncə və dünyagörüşünün də inkişafına nail olmaları üçün imkan yaratmaqdır.


Açar sözlər: ,