Təhsil naziri Emin Əmrullayev 2019-2020-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında əmr imzalayıb.
Əmrə əsasən, ötən tədris ilinin XI sinif məzunlarından 125 nəfər qızıl, 76 nəfər isə gümüş nişanla təltif olunub. Bununla belə Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin məzunu Subatay Rzayev və 31 nömrəli tam orta məktəbin məzunu Əli Quluyev qızıl medal, İ.Məmmədov adına 27 nömrəli məktəb-liseyin məzunu Tural Həsənov isə gümüş medala layiq görülüb.
Qaydalara əsasən, ümumi təhsil pilləsini xüsusi nailiyyətlərlə başa vuran məzunlar qızıl və ya gümüş nişanla təltif olunurlar.