16.10.2020

Orduya dəstək aksiyası həyata keçirir

Gəncə şəhər Təhsil İdarəsinin (GŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri kollektivləri Azərbaycan Ordusuna dəstək aksiyası həyata keçirir.

Təhsil İdarəsinin tabeliyindəki məktəblərin pedaqoji heyəti, şagird və valideynlərin təşəbbüsü ilə işğal altında olan torpaqlarımızın azadlığı, Vətənin bütövlüyü uğrunda mübarizə aparan ön cəbhədəki əsgərlərə dəstək göstərilir.

Bundan başqa GŞTİ və Azad Həmkarlar Təşkilatının birgə təşəbbüsü ilə GŞTİ-nin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində çalışan pedaqoji işçilərdən səfərbərliklə əlaqədar ordu sıralarında xidmət edənlərin hesabına birdəfəlik 300 AZN məbləğində ödəniş edilib.


Açar sözlər: ,  ,