31.10.2020

Şagirdimiz Prezident təqaüdünə layiq görülüb

2020-2021-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Gəncə şəhər 31 nömrəli tam orta məktəbin məzunu Əli Quluyev Prezident təqaüdünə layiq görülüb.

Məlumat üçün qeyd edək ki, Əli Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən GŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərindən ən yüksək nəticəni göstərib. Əli IV ixtisas qrupu üzrə 683 bal toplayıb. Bundan başqa o, ümumi təhsil pilləsini xüsusi nailiyyətlərlə başa vurduğuna görə qızıl medala da layiq görülüb.

Şagirdimizə uğurlar diləyir, təhsil həyatında daha böyük nailiyyətlər qazanmağını arzu edirik.


Açar sözlər: ,  ,  ,