03.11.2020

Məktəb direktorları ilə onlayn görüş keçirilib

Gəncə şəhər Təhsil İdarəsinin (GŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə onlayn görüş keçirilib. Görüşdə GŞTİ-nin rəhbərliyi və məktəb direktorları iştirak ediblər.

Distant təhsillə bağlı keçirilən görüşdə dərslərin mövcud vəziyyəti,  “Microsoft Teams” platformasından istifadə, müəllim və şagirdlərin iştirak statistikası və digər məsələlər müzakirə edilib.

Bundan başqa Təhsil Nazirliyinin elektron tədris resurslarından istifadənin səmərəliliyi vurğulanıb. 


Açar sözlər: ,  ,