12.11.2020

Gənc müəllimlərlə görüş keçirilib

Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev gənc müəlimlərlə görüş keçirib. Görüşdə tədris sisteminə qısa müddətdir qoşulan gənc müəllimlərin adaptasiyası, distant dərslərin təşkili, şagirdlərin dərslərə cəlb edilməsi, mövcud təcrübə və texniki məsələlər müzakirə edilib. Müəllimlərin tədris prosesində qarşılaşdıqları problemlər, qarşılıqlı əlaqələrin formalaşması istiqamətində fikir mübadiləsi aparılıb və onların təklifləri dinlənilib.


Açar sözlər: ,  ,