20.11.2020

“Qarabağ Azərbaycandır” mövzusunda esse yazı və referat müsabiqə keçiriləcəkdir

Gəncə Şəhər Təhsil İdarəsi tərəfindən 19-30 noyabr tarixlərində ümumtəhsil məktəblərinin şagirdlərinin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, milli-mənəvi dəyərlərə yiyələnmələri məqsədi ilə “Qarabağ Azərbaycandır” mövzusunda esse yazı və referat müsabiqə keçiriləcəkdir.

Esse yazı müsabiqəsi Azərbaycan dili üzrə V-IX sinif şagirdləri arasında, ingilis dili üzrə isə VII-IX sinif şagirdləri arasında keçiriləcəkdir. Hər iki dil üzrə mövzular “Qarabağ Azərbaycandır!”, “Şanlı Azərbaycan əsgəri” və “Zəfər sənindir Azərbaycan əsgəri” mövzularında olacaq. Referat müsabiqəsi isə Azərbaycan dilində olmaqla IX-XI sinif şagirdləri arasında keçiriləcəkdir.

Müsabiqədə iştirak etmək istəyən şagirdlər hazırladıqları esse yazı və referat nümunələrini Musabiqe@ganja-sti.edu.az ünvanına göndərə bilərlər.


Açar sözlər: ,  ,  ,