İsmət Qayıbov 8 oktyabr 1942-ci ildə Gəncə şəhərində müəllim ailəsində anadan olub. Orta təhsilini Gəncə şəhərindəki 1 saylı orta məktəbdə alan İ.Qayıbov 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
18 oktyabr 1991-ci il tarixdən Azərbaycan Respublikasının Baş Prokuroru vəzifəsində çalışıb. 1991-ci il 20 noyabr tarixində Qarakənd faciəsi nəticəsində həlak olub.
Gəncə şəhərində təhsil aldığı 1 saylı tam orta məktəb bu gün İ.Qayıbov adına 1 nömrəli tam orta məktəb kimi fəxri məzununun adını daşıyaraq fəaliyyət göstərir.
Bundan başqa Bakıdakı Bakıxanov qəsəbə stadionu, Qubadlı rayonunda onun adına Saray kənd tam orta məktəbi, Xaçmaz rayonunda 3 saylı tam orta məktəb, Maştağa qəsəbəsində İdman Təlim Mərkəzi, Mingəçevirdə 10 saylı tam orta məktəb və neft tanker onun adını daşıyır. Sumqayıtda 1 saylı tam orta məktəb və küçə onun adını daşıyır. İsmət Qayıbovun abidəsi Bakıdakı Fəxri Xiyabanda yerləşir.
Biz Sizi qürurla anırıq!