26.11.2020

“Əhmədiyyə Cəbrayılovun döyüş yolu” adlı onlayn görüş keçirilib

Gəncə şəhər A.Nekrasov adına 19 nömrəli tam orta məktəbin müəllim və şagirdlərinin iştirakı ilə “Əhmədiyyə Cəbrayılovun döyüş yolu” adlı onlayn görüş keçirilib.

Onlayn görüşdə iştirak edən müəllimlər Əhmədiyyə Cəbrayılovun bəşəriyyətin XX əsrdə məruz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsində və nasizm üzərində qələbə çalınmasında böyük xidmətlər göstərən Azərbaycan xalqının mərd oğlu kimi rəşadətli döyüş yolu keçdiyi bildirdi. Bundan başqa 1941-ci ildə müharibənin başlanması ilə ölkənin müdafiəsi üçün könüllü surətdə cəbhəyə yollanan Əhmədiyyə Cəbrayılov daha sonralar Fransa Müqavimət hərəkatında fəal iştirak etdiyi vurğulandı. Əhmədiyyə Cəbrayılovun yüksək bacarıqla həyata keçirdiyi çoxsaylı kəşfiyyat əməliyyatlarındakı misilsiz şücaətləri layiqincə qiymətləndirilərək Fransa dövlətinin orden və medalları ilə təltif edildiyi həmvətənimizin, eyni zamanda, Müqavimət hərəkatı iştirakçıları sırasında xatirəsi əbədiləşdirildiyi barədə məlumat verilib.

Bundan başqa görüşdə şagirdlər də “Əhmədiyyə Cəbrayılovun döyüş yolu” adlı təqdimatları ilə çıxış ediblər.


Açar sözlər: ,  ,  ,