07.12.2020

"Qafqazın Konservatoriyası" adlı videoseminarı keçirilib

Gəncə şəhər M.Müşfiq adına 14 nömrəli tam orta məktəbin VIII sinfində "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi" haqqında Gəncə Şəhər Təhsil İdarəsinin Fəaliyyət Planının icrası ilə bağlı məktəbin tədbirlər planına müvafiq olaraq,  musiqi müəllimi Xatirə Kərimova tərəfindən "Qafqazın Konservatoriyası" adlı videoseminarı keçirilib.

Videoseminarda Şuşa şəhərinin Qafqazın konservatoriyası hesab edilməsi XIX əsrdə orada 95 şair, 22 musiqişünas, 38 xanəndə, 16 rəssam, 5 astronom, 18 memar, 16 həkim və 42-yə yaxın müəllim-mirzə olduğu vurğulanıb. Bundan başqa şagirdlər də Şuşa barəsində olan təqdimatları ilə çıxış ediblər.


Açar sözlər: ,  ,  ,