Gəncə şəhər Təhsil İdarəsinin rəhbərliyi, idarə əməkdaşları və məktəb direktorlarının iştirakı ilə videokonfrans keçirilib.
Videokonfransda təhsil naziri Emin Əmrullayevin TİMSS-2019 şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirmə tədqiqatının nəticələri barədə olan çıxışı izlənilib. TİMSS-2019 qiymətləndirilməsində iştirak edən Gəncə şəhər ümumtəhsil məktəbləri, onların nəticələri müzakirə edilib, GŞTİ-nin müdiri Anar Qədiməliyev riyaziyyat fənni üzrə uğurlu nəticəyə görə fənn müəllimlərinə öz təşəkkürünü bildirib.
Bundan başqa videokonfransda distant dərslərin tədrisi, şagirdlərin iştirakı, tədrisin standartlara uyğun həyata keçirilməsi, təhsil idarəsi əməkdaşları tərəfindən "Virtual məktəb" platformasından izlənilən və nəzarət edilən dərslər, distant dərslərin tədrisi ilə bağlı hər gün təqdim edilən statistik hesabatın uyğunluğu barədə müzakirələr aparılıb.