11.12.2020

"Su ehtiyatlarının idarə olunması, sudan qənaətlə və səmərəli istifadə" ilə bağlı videokonfranslar keçirilib

Gəncə şəhər Təhsil idarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair” tədbirlər planına əsasən təhsil müəssisələrində su ehtiyatlarının idarə olunması, sudan qənaətlə və səmərəli istifadə ilə bağlı maarifləndirmə təbdirləri keçirilib.

Həmin mövzu ilə bağlı "Su ehtiyatlarının idarə olunması, sudan qənaətlə və səmərəli istifadə", “Su həyatdır”, "Sudan qənaətə və səmərəli istifadə" və digər adlarda videokonfranslar keçirilib.

Ümumtəhsil məktəblərinin coğrafiya fənn müəllimləri tərəfindən keçirilən videokonfranslarda şagirdlərə Azərbaycan ərazisindəki su anbarları, onların əhəmiyyəti, sudan qənaətli istifadə yolları və digər məsələlər barədə məlumat verilib.  Şagirdlərdə mövzu ilə bağlı daha dolğun məlumat formalaşdırmaq üçün videoçarxlar nümayiş etdirilib.


Açar sözlər: ,  ,  ,