15.12.2020

“Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi" mövzusunda videokonfranslar keçirilib

Təhsil Nazirliyinin “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq Gəncə şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində mövzu ilə bağlı müxtəlif adlı videokonfranslar keçirilib.

“Azərbaycan Ordusunun Vətən müharibəsində zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifə”, Qarabağ və işğaldan azad olmuş digər bölgələrin (yaşayış məntəqələrinin) tarixi və coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri, şifahi xalq yaradıcılığı, tanınmış şəxsiyyətləri və s. barədə məlumatların dərslərə inteqrasiyası, müxtəlif layihə və tədbirlərin təşkili, vətəndaşlıq mövqeyinin formalaşmasında mənəvi və fiziki sağlamlıq amilinin əhəmiyyətinin təbliği, “Vətənin qəhrəman oğulları” mövzusunda şagird təqdimatlarının təşkili və videoçarxların hazırlanması və digər mövzularda keçirilən tədbirlərdə müəllimlər mövzu ilə bağlı məlumat verib, şagirdlər isə öz növbəsində müxtəlif təqdimatlarla çıxış ediblər.

Onlayn tədbirlərin keçirilməsində məqsəd ölkəmizin işğal altında olan digər ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqinin aparılması, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə maarifləndirici tədbirlərin görülməsidir.


Açar sözlər: ,  ,